Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollar mühüm valyutalar qarşısında 4 ayın zirvəsində

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar mühüm valyutalar qarşısında 4 ayın zirvəsində

Dollar virus narahatlıqları ilə mühüm bazar valyutaları qarşısında dörd ayın ən yüksək səviyyəsinə yüksəlib.

 

Marja xəbər verir ki, Dolların 10 mühüm valyuta qarşısındakı dəyərini göstərən Bloomberg Dollar İndeksi (BBDXY) geniş miqyaslı riskdən qaçışın Asiya bazarlarını təsiri altına alması ilə 1214.94-ü görüb. Bu səviyyə dörd ayın zirvəsidir. 

 

Koronavirus epidemiyasının Çin xaricində də sürətli yayıldığına dair siqnallar riskdən qaçışa səbəb olur. Cənubi Koreyada Kospi İndeksi və milli pul vahidi von ölkədə virusa yoluxanların sayının bir gündə iki dəfədən çox artması ilə əlaqədar olaraq kəskin düşüblər. 

 

Bakı vaxtı ilə saat 09:55-də Avro/Dollar məzənnəsi 1.0796 səviyyəsində olub. Avro Dollar qarşısında 0,1% də ucuzlaşıb. 

 

S&P 500 İndeksi mənfiyə keçib.  

 

Son məlumata görə, Çində 74 min 576 nəfər koronavirusa yoluxub, 2118 nəfər ölüb. 

20.02.2020 06:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ