Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Həkimlər regionlarda ən azı 3 il çalışmağa məcbur edilə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həkimlər regionlarda ən azı 3 il çalışmağa məcbur edilə bilər

"Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər hazırlayırıq". 

 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı təhlillər aparılır:

 

"Hazırda Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır. Həkimləri regionlara ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik".

 

O qeyd edib ki, Türkiyədə oxuyan tələbələrlə də əlaqə saxlanılıb. Onların regionlarda fəaliyyət göstərməsi istiqamətində danışıqlar aparılıb: "Bu gün xarici ölkələrdə təhsil alan yüzlərlə tələbə var ki, onların təcrübəsindən yararlanmaq olar. Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra öz karyeralarını qurmağa çalışırlar. Təəssüf ki, bu gün regionlarda həkim  çatışmazlığı ilə bağlı müəyyən çətinliklər var. Amma yaxın gələcəkdə Agentlik adından onlara regionların mərkəzi xəstəxanalarında çalışmaları üçün həvəsləndirici, motivasiyaedici təkliflər irəli sürmək istəyirik. Artıq bir qrup tələbə ilə danışıqlar aparılıb”.

 

Z.Əliyev bildirib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil: "Bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə avadanlıqlar yetərli səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə müayinə aparmaqda çətinlik çəkirlər".

 

© APA

20.02.2020 09:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ