Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan şirkətləri ixraca dair razılıqlar əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkətləri ixraca dair razılıqlar əldə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyinin  dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə məhsullarımız Moskvada keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində nümayiş olunub.

 

Reklam_3_11

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.

 

Belə ki, “Balxurma” şirkəti qurudulmuş xurma məhsullarının Taylanda ixracına dair müqavilə imzalayıb.

 

Bundan başqa, Göygöl Şərab Zavodu şərab və brendinin Litvaya, “Tac-Gülüstan” şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına, “Az-Granata” şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkətlə distribüterlik müqaviləsinin bağlanmasına dair razılıq əldə edib.

 

Sərgidə məhsulları xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan şirkətləri - “Karaca” və “Azərstar” “Ən yaxşı müəssisə” mükafatına, “Caspian coast” şirkəti isə bir gümüş və bir bürünc medala layiq görülüb.

20.02.2020 09:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ