Azərbaycan şirkətləri ixraca dair razılıqlar əldə edib
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə məhsullarımız Moskvada keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində nümayiş olunub.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.
Belə ki, “Balxurma” şirkəti qurudulmuş xurma məhsullarının Taylanda ixracına dair müqavilə imzalayıb.
Bundan başqa, Göygöl Şərab Zavodu şərab və brendinin Litvaya, “Tac-Gülüstan” şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına, “Az-Granata” şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkətlə distribüterlik müqaviləsinin bağlanmasına dair razılıq əldə edib.
Sərgidə məhsulları xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan şirkətləri - “Karaca” və “Azərstar” “Ən yaxşı müəssisə” mükafatına, “Caspian coast” şirkəti isə bir gümüş və bir bürünc medala layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
2 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl