Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azəriqaz”da 3 departament birləşdirildi - 100-Ə YAXIN İŞÇİ...

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azəriqaz”da 3 departament birləşdirildi - 100-Ə YAXIN İŞÇİ...

Fevralın 20-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlə struktur islahatı aparılıb.

 

Birliyin yaydığı məlumatda bildirilir ki, Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional qaz ölçü qurğularına xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında  Bakı Regional Qazın Satışı Depatamenti yenidən formalaşdırılıb.

 

"Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürüləcəklər. Lakin onların, xüsusən də mühəndis heyətinin struktur islahatları zamanı əmək haqlarında hər hansı azalma baş verməyəcək, əksinə bəzi əməkdaşların məvaciblərində artım qeydə alınacaq. Ümumilikdə isə struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq.

 

Qeyd etmək istərdik ki, aparılan struktur islahatı ilk növbədə abonentlərin rahatlığı və məmnuniyyəti üçün həyata keçirilir. Belə ki, bu günədək abonentlər haqlı olaraq bəzi xidmətlərdən istifadə zamanı narazılıqlarını bildirirdilər. Artıq yeni struktur islahatı hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək. Özü də zaman itirmədən, vaxtında icra olunmaqla",- Azəriqazın məlumatında deyilir.

 

20.02.2020 13:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ