Mobil manşet üstü reklam-3_21

Azərbaycan avtomobillərinin ixrac ediləcəyi ölkələrin adları açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan avtomobillərinin ixrac ediləcəyi ölkələrin adları açıqlandı

Özbəkistan, Qazaxıstan, Rusiya, Ukrayna Azərbaycandan avtomobil alacaq.

 

“Azərbaycan Orta Asiya bazarlarına minik avtomobillərinin ixrac imkanlarını araşdırır”.

 

Bunu açıqlmasında Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

 

Nazir müavinin sözlərinə görə, hazırda “Khazar” markalı minik avtomobillərinin Orta Asiya bazarlarına - Özbəkistan, Qazaxıstana ixracının həyata keçirilməsi üzərində ciddi iş aparılır: “Bununla yanaşı, “Khazar” markalı minik avtomobillərinin Rusiya, Ukrayna bazarlarına ixracı ilə bağlı da müzakirələr aparılır”.

 

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunur.

 

“AzKron” MMC-nin illik istehsal gücü 10 min ədəd, o cümlədən 2 min ədəd ixrac üçün nəzərdə tutulub.

 

 

© Report

20.02.2020 13:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ