Ən yuxarı statik reklam-3_3

"Yelo Bank" Lənkəranda yeni konseptdə filial açacaq - TENDER

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yelo Bank" Lənkəranda yeni konseptdə filial açacaq - TENDER

® "Yelo Bank" ASC yeni "Lənkəran" filialının təmiri üçün acıq tender elan edir.

 

Ümumi sahəsi 500 kvadratmetr olan yeni bina iki mərtəbədən ibarətdir.

 

Tender iştirakçılarına təmir ediləcək sahənin planı təqdim ediləcək.

 

Qalibin seçilməsi zamanı aşağıda qeyd edilmiş bəndlər əsas götürüləcək:

 

- Təklif edilən qiymət;

- Təmirin tam icra edilmə müddəti (2 ay);

- İstifadə ediləcək materialların keyfiyyəti;

- Sifarişçiyə görülmüş islərin nəticəsi barədə həftəlik hesabat verilməsi.

 

Qeyd edək ki, təmir işləri 2 mart 2020-ci il tarixində başlamalı.

 

Tender təkliflərinin qəbulu 27 fevral 2020-ci il tarixində yekunlaşacaq. Bu tarixədək tenderdə iştirak etməkdə maraqlı olan şəxslər aşağıdakı məlumatlar təqdim edilməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət

- iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surəti;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iki nüsxədə Azərbaycan və rus dilində tender təklifi (istifadə olunacaq materialların istehsalçı ölkə barəsində məlumat);

-inzibati binanın təmir edilməsi üçün tələb olunan müddət.

 

Sənədlər tender təklifi ilə birlikdə 27 fevral 2020-ci il tarixində saat 17:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin 30  yerləşən ünvanında yerləşən baş ofisinə təqdim edilməlidir.

 

Yaranacaq bütün sualları aşağıdakı məsul şəxslərə ünvanlaya bilərsiniz:

Fərid Mahmudov - [email protected], (+99450) 363 97 42

Azər Cəfərov - [email protected], (+99450) 312-27-07

20.02.2020 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ