"Azərbaycan İtaliyada neft istehlakının 17%-ni ödəyir"
Azərbaycan İtaliyada neft nəqli üzrə birinci yerdədir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Azərbaycan İtaliyada neft nəqli üzrə №1-dir. İtaliyada neft istehlakının 17%-i Azərbaycan hesabına təmin olunur. Azərbaycandan İtaliyaya neft nəql olunduğu 15 il ərzində heç bir problem və fors-major vəziyyəltər baş verməyib, yəni Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsbit edib”, - Əliyev bu gün Romada İtaliya prezidenti Sercio Mattarella ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
O cümlədən, prezident Əliyev Trans-Adriatik Boru Kəmərinin (TAP) tikinti layihəsinin reallaşdırılmasında İtaliya rəhbərliyi tərəfindən xüsusi səyləri qeyd edib.
“2018-ci ilin yayında prezident Mattarellanın Bakıya rəsmi səfəri zamanı aparılan müzakirələrdən sonra TAP qaz kəmərinin tikintisi sürətləndirilib, hazırda bu layihənin son mərhələsindəyik”, - Əliyev bildirib.
O məlumat verib ki, TAP-ın tikintisi işləri 93% yerinə yetirilib və “Cənub Qaz Dəhlizi” layihəsinin tarixi əhəmiyyətini vurğulayıb.
“TAP-CQD-nin 4 komponentinin sonuncusudur. Dəhliz 7 ölkəni birləşdirir, həmin ölkələr arasında, həm energetika, həm siyasi, həm də digər sahələrdə əməkdaşlığa müsbət təsir göstərir. Bundan sonra qeyd olunan ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələr daha da sürətlənəcək”, - Əliyev belə hesab edir.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
18 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
21 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
21 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl