"Azərbaycan İtaliyada neft istehlakının 17%-ni ödəyir"

Azərbaycan İtaliyada neft nəqli üzrə birinci yerdədir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

“Azərbaycan İtaliyada neft nəqli üzrə №1-dir. İtaliyada neft istehlakının 17%-i Azərbaycan hesabına təmin olunur. Azərbaycandan İtaliyaya neft nəql olunduğu 15 il ərzində heç bir problem və fors-major vəziyyəltər baş verməyib, yəni Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsbit edib”, - Əliyev bu gün Romada İtaliya prezidenti Sercio Mattarella ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.

 

O cümlədən, prezident Əliyev Trans-Adriatik Boru Kəmərinin (TAP) tikinti layihəsinin reallaşdırılmasında İtaliya rəhbərliyi tərəfindən xüsusi səyləri qeyd edib.

 

“2018-ci ilin yayında prezident Mattarellanın Bakıya rəsmi səfəri zamanı aparılan müzakirələrdən sonra TAP qaz kəmərinin tikintisi sürətləndirilib, hazırda bu layihənin son mərhələsindəyik”, - Əliyev bildirib.

 

O məlumat verib ki, TAP-ın tikintisi işləri 93% yerinə yetirilib və “Cənub Qaz Dəhlizi” layihəsinin tarixi əhəmiyyətini vurğulayıb.

 

“TAP-CQD-nin 4 komponentinin sonuncusudur. Dəhliz 7 ölkəni birləşdirir, həmin ölkələr arasında, həm energetika, həm siyasi, həm də digər sahələrdə əməkdaşlığa müsbət təsir göstərir. Bundan sonra qeyd olunan ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələr daha da sürətlənəcək”, - Əliyev belə hesab edir.

 

© İnterfaks-Azərbaycan

20 Fevral 2020 , 17:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin