ABŞ dolları qarşısında ən çox ucuzlaşan və bahalaşan pul vahidləri
2018 və 2019-cu illərdə inkişaf etməkdə olan ölkə pul vahidləri arasında Argentina Pesosunun ardından ABŞ dolları qarşısında ən çox dəyər itirən pul vahidi olan Türk Lirəsi (TL) bu il də ucuzlaşmaqda davam edir.
Marja xəbər verir ki, TL-nin dəstəklənməsi cəhdlərinə və məhdudiyyətlərə baxmayaraq, TL təxminən son dörd ayda ABŞ dolları qarşısında 5,7% dəyərdən düşüb.
29 Oktyabr 2019 - 20 Fevral 2020-cu il tarixləri arasında inkişaf etməkdə olan pul vahidləri arasında ABŞ dolları qarşısında 4,40% dəyər artımı ilə ən çox Meksika Pesosu bahalaşıb. Həmçinin Kolmbiya Pesosu, İndoneziya Rupisi ən çox dəyər qazanmış valyuatalrdır.
Bu dövrdə dollar/TL məzənnəsi 5,73-dən 6,10-a yüksəlib.
TL-nin ardınca 3,8% ucuzlaşma ilə Tayland Bahtı, 3,42% ucuzlaşma ilə Braziliya Realı, 2,98% ucuzlaşma ilə Argentina Pesosu, 2,96% ucuzlaşma ilə Cənubi Afrika Randı gəlir.
TL-nin son dövrdəki ucuzlaşmasına, İdlib ilə bağlı geosiyasi gərginliklərdəki artım və Türkiyə Mərkəzi Bankının faizini sürətli şəkildə endirib inflyasiyadan da aşağı salması səbəb olur.
Dünyada, koronavirusu epidemiyasına görə artan narahatlıqlar səbəbilə beynəlxalq sərmayəçilərin dollar və qızıl kimi etibarlı alətlərə yönəlməsi də TL-nin ucuzlaşmasının səbəblərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 d. əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 d. əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 29 d. əvvəl
-
43 d. əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 52 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
- 1 saat əvvəl