Xəzəri ən çox çirkləndirən rayonların adları açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Abşeron yarımadasının Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
Nazirlikdən bildirilib ki, monitorinqlərin nəticəsinə görə, Xəzəri ən çox çirkləndirən axarların Suraxanı rayonu ərazisində formalaşdığı məlum olub. İdarənin əməkdaşı Nərmin Babaşova bildirib ki, rayon ərazisində formalaşan tullantı sular bir neçə axar, o cümlədən Abşeron Magistral Kanalı vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən sahil zolağından dənizə axıdılır: “Sabunçu rayonunun Balaxanı, Sabunçu, Zabrat-1, Zabrat-2, Ramana və Yeni Ramana qəsəbələrində formalaşan tullantı sular isə Hövsan kanalı vasitəsilə birbaşa sahil zolağına, oradan da dənizə axıdılır.
Monitorinqlərin nəticəsinə görə Xəzərin suyunun çirkli olduğu ərazilərdən biri də Sumqayıt rayonu, H.Z.Tağıyev adına qəsəbənin sahil zolağıdır. Qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından müəssisə və təşkilatlarda, fərdi yaşayış evlərində formalaşan tullantı sular bir neçə axar vasitəsilə birbaşa Xəzər dənizinə tökülür. Abşeron yarımadasının sözügedən ərazilərində keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur”.
N. Babaşovanın sözlərinə görə tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədilə tərəfimizdən növbəti xəbərdarlıqlar edilib və bildiriş məktubları göndərilib. Abşeron yarımadasının Xəzər sahili ərazilərində monitorinqlərimiz davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
14 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl