Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® 20 fevral 2020-ci il tarixində Kapital Bank-ın rəsmi təşkilatçılığı ilə keçirilən “Partners and Business” sərgisinin açılışı baş tutub.

 

Reklam_3_11

Sərgiyə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə qatılıb.

 

Sərgidə yerləşdirilmiş Kapital Bank-ın xüsusi stendi vasitəsi ilə bankın təqdim etdiyi faktorinq, tarif paketləri, biznes kartlar və kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan digər məhsullar və BirKart haqqında ətraflı məlumat verilir. Stenddə, həmçinin yeni nəsil smart kassa cihazı da nümayiş olunur ki, sərgi iştirakçıları onun funksiyaları ilə yaxından tanış ola bilərlər.

 

22 fevral tarixinədək davam edəcək “Partners and Business” sərgisi Kapital Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, o cümlədən qida məhsullarının istehsalı, eləcə də informasiya və kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və s. sahələrdə fəaliyyət göstərən 150-yə yaxın yerli şirkət iştirak edir.

 

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur. Həmçinin sahibkarlara yeni nəsil smart kassa cihazları ödənişsiz əsasda təklif olunur.

21.02.2020 07:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ