Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Küveyt koronavirusa görə İrana uçuşları dayandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Küveyt koronavirusa görə İrana uçuşları dayandırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Küveytin milli aviadaşıyıcısı “Kuwait Airways” İranın Qum şəhərində yeni növ koronavirusla əlaqədar qeyd alınan ölüm halları fonunda virusun yayılmasından ehtiyat edərək İrana uçuşları təxirə salıb.

 

Reklam_3_11

Aviaşirkətin “Twitter” səhifəsində yayılmış məlumatda Səhiyyə Nazirliyi və Mülki Aviasiya Administrasiyasının növbəti bildirişinə qədər İrana bütün uçuşların bu gündən etibarən dayandırıldığı göstərilib.

 

Bu arada Küveyt ehtiyat tədbirləri çərçivəsində İranla su əlaqəsini də kəsib. 

 

Daha əvvəl Küveytin Səhiyyə Nazirliyi ölkə vətəndaşlarını qəti şəkildə İranın Qum şəhərinə getməməyə çağırmış, oradan geri dönənlərin hamısının karantin rejimində saxlanılmasına göstəriş vermişdi.

 

İraq da öz növbəsində İranla sərhəddəki keçid məntəqəsini bağlayıb.

 

Xatırladaq ki, fevralın 19-da İranın Qum şəhərində koronavirusa yoluxmuş 2 nəfər ölüb. Fevralın 20-də isə daha 3 nəfər koronavirusa yoluxmaq şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

 

© Report

21.02.2020 07:51

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ