Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

BOKT böyük məbləğli istiqraz emissiyası üçün danışıqlara başlayır - İLKİN ŞƏRTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT böyük məbləğli istiqraz emissiyası üçün danışıqlara başlayır - İLKİN ŞƏRTLƏR

“FİNCA” BOKT MMC istiqraz emissiyası yolu ilə vəsait cəlb etməyə hazırlaşır.

 

Reklam_3_11

Marja-nın maliyyə bazarındakı öz mənbəsindən əldə etdiyi məlumata görə, “FİNCA” bank olmayan kredit təşkilatı istiqraz emissiya etmək üçün investisiya şirkətləri ilə görüşəcək. Görüş Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı çərçivəsində keçiriləcək.

 

İstiqrazların buraxılışına dair ilkin məlumata görə, bir neçə tranşlar ilə buraxılışın maksimum həcminin 17 milyon manat olması nəzərdə tutulur. İstiqrazların tədavül müddətinin 3 il və illik faiz dərəcəsinin 11 – 11.5% olması, faiz ödənişlərinin isə rüblük əsasda baş tutması nəzərdə tutulur.

 

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, buraxılışın maksimum həcmi “FİNCA” BOKT-ın xalis aktivlərinin həcminə bərabərdir. Belə ki 2019-cu ilin sonuna “FİNCA”nın xalis aktivləri 17 milyon manat təşkil edib.

 

Ötən il və bu il “FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində 10 yeni filial açaraq ofislərinin  ümumi sayını 15-ə çatdırmışdır.  “FINCA” 2020-ci ildə daha 7 filial açılmasını planlaşdırır.

 

Məlumat üçün bildirək ki, “FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir.

21.02.2020 08:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ