Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Polşa şirkəti Almaniyanın hava yolları şirkətini alır - RAZILIQ VERİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Polşa şirkəti Almaniyanın hava yolları şirkətini alır - RAZILIQ VERİLDİ

Almaniya Federal Rəqabət Təşkilatı (Bundeskartellamt), Almaniyanın hava yolu markası "Condor"un Polşanın hava yolu şirkəti LOT-a satışını təsdiqləyib. İki hava yolu şirkətinin bir-birini tamamladığı, bu sayədə "Condor"un Almaniya bazarında liderlik yarışında "Lufthansa" qarşısında güc qazanacağı açıqlanıb.


 

Polşanın hava yolu şirkəti LOT-in müflisləşən turizm şirkəti "Tomas Cook"a aid hava yolu markası "Condor"u satın almasına Almaniya Federal Rəqabət Təşkilatı (Bundeskartellamt) razılıq verib.


Marja xəbər verir ki, təşkilatın yaydığı açıqlamada, birləşmə analizi nəticəsində "Condor" və LOT-un bir-biriylə rəqabətin söz mövzusu olmadığı, çünki hər iki hava yollarının fərqli istiqamətlərə uçuşlar reallaşdırdığı vurğulanıb. 

 

630 MİLYON AVRO ÖDƏNƏCƏK

 

Satış əməliyyatının Aprel ayının sonuna qədər tamamlanması gözlənilir. LOT alış üçün nə qədər ödəmə edəcəyi açıqlanmayıb.

 

Qeyri-rəsmi məlumata görə, "Condor"un satışı üçün Polşa şirkətinin ödəyəcəyi məbləğ kredit borcu birlikdə 630 milyon avro təşkil edəcək. 

 

Parkında 50 təyyarə olan, təxminən 5 min adama məşğulluq təmin edən "Condor", hər il 9.5 milyona qədər  sərnişini Avropa, Afrika və Amerikanın 90 fərqli nöqtəsinə daşıyır.

 

Polşa Maliyyə Nazirliyinin də payı olan LOT isə dünyada 120 fərqli nöqtəyə ildə təxminən 10 milyon sərnişin daşıyır.

21.02.2020 09:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ