Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bank Respublika ölkəmizi Avropada təmsil edəcək məktəbliləri dəstəkləyəcək!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublika ölkəmizi Avropada təmsil edəcək məktəbliləri dəstəkləyəcək!

(®) Finalı Belçikanın Brüssel şəhərində keçiriləcək məktəblilər arasında Avropa Pul Viktorinasının (Europian Money Quiz) ölkəmizdəki baş tərəfdaşı - Bank Respublika olacaq.

 

Reklam_3_11

Viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respubliaksının Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçiriləcək.

 

“Avropa Pul Viktorinası” 30-a yaxın Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə elektron daşıyıcılar vasitəsilə (telefon, planşet) keçirilən yarışdır. Viktorinada iştirak edəcək 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar veriləcək.

 

Viktorina milli mərhələdən və Avropa finalından ibarətdir.  Milli mərhələ – ilkin seçim və milli final mərhələsindən ibarətdir. İlkin seçim turu üçün bu linkdən qeydiyyatdan keçmək və müvafiq sualları cavablandırmaq lazımdır.

 

Sualları doğru cavablandıran iştirakçılar 13 mart 2020-ci il tarixində keçiriləcək milli final mərhələsində iştirak edə biləcək.

 

Milli final mərhələsində qalib gələn iki nəfər 28-29 aprel 2020-ci il tarixində Belçikanın Brüssel şəhərində baş tutacaq Avropa finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaqdır.

 

Daha ətraflı məlumat üçün -  [email protected] ünvanına, başlıq hissəsində (subject) “Avropa Pul Viktorinası” yazaraq əldə edə bilərsiniz.

21.02.2020 09:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ