Əmanətlərin tam sığortalanması imkanı başa çatır - MƏBLƏĞ MƏHDUDİYYƏTİ OLACAQ

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti 2020-ci ilin Mart ayının əvvəlində başa çatacaq.

 

Marja-nın maliyyə bazarından əldə etdiyi məlumata görə, Qanunun daha 1 il uzadılmayacaq. İlkin mərhələdə milli valyutada 100 min manatadək, xarici valyutada 100 min dollaradək qəbul edilmiş əmanətlərin sığortalanmasına keçid müzakirə edilir.

 

Qeyd edək ki, 4 il əvvəl “Əmanətlərin tam sığortalanması haqqında” Qanunu qəbul edilənədək 30 min manatadək əmanətlər sığortalı hesab olunurdu.

 

Əgər 100 min manat və ya dollar təklifi qəbul edilsə, qəbul edilən əmanətlər üzrə məbləğ tələbi 3 dəfədən çox artacaqdır.

 

1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. 4 ildir əmanətlər üzrə məbləğ məhdudiyyəti yoxdur.

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov hesab edir ki, əmanətlərin 100% sığortalanmasından mərhələli çıxmaq məqsədəuyğun olardı:

 

“Mərkəzi Bank paralel olaraq yeni sığorta modeli haqqında düşünür. Düşünürük ki, tam sığortalanmadan çıxış mərhələlər ilə, yumuşaq olmalıdır. Tam sığortalnamadan əvvəl maksimum məbləğ 30 min manat idi. Biz düşünürük ki, 30 min manat da kifayət etməyə bilər. Mərkəzi Bankın mövqeyi belədir ki, biz bütün problemləri həll etməliyik, bunun üçün çox qısa vaxt lazımdır, bundan sonra tam sığortalanmadan mərhələlər ilə çıxmalıyıq. Əhali tam əmin olmalıdırlar ki, banklardakı əmanətləri üçün qorxu yoxdur. Biz bu məqsədlə qanun layihəsini hazırlayacağıq. Bildiyimiz kimi Azərbaycanın yeni parlamenti işləməyə başlayacaq. Yeni parlamentin ilk toplantılarında biz bu prosesləri başa çatdıracağıq”.

21 Fevral 2020 , 13:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin