Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

AXA-nın laboratoriyası akkreditasiya edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AXA-nın laboratoriyası akkreditasiya edilib

Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyasının akkreditasiya olunması üçün qiymətləndirmə aparılıb və uyğunluğu qiymətləndirən qurumun tələblərinə cavab verdiyi müəyyən olunub.

 

Kənd Təsərrüfatının Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Akkreditasiya Mərkəzinin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” 05.02.2020-ci il tarixli 0600-20 UQQA №-li qərari ilə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyası akkreditasiya edilib.

 

AXA-dan bildirilib ki, Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Mərkəzi laboratoriyası toxum, torpaq, bitki və suvarma sularının sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub. 

21.02.2020 10:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ