Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda özəl arxiv xidməti fəaliyyətə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda özəl arxiv xidməti fəaliyyətə başlayıb

Azərbaycanda sənədlərin arxiv saxlanılması xidmətini göstərən şirkət fəaliyyətə başlayıb. Marja xəbər verir ki, bu xidmət şirkətlərin ofislərində əlavə yer tutan sənədləri qəbul edərək etibarlı saxlayacağını vəd edir.

 

Qeyd edək ki, xidmət Almaniyanın REISSWOLF şirkətinin Azərbaycandakı nümayəndəliyi “REISSWOLF Azerbaijan” şirkəti tərəfindən təklif olunur.

 

Şirkətin Satış direktoru Rüstəm İsmayılovun Marja-ya verdiyi məlumata görə, cari ildən etibarən REISSWOLF şirkəti ilə Azərbaycanda tərəfdaşlıq əsasında bu 3 istiqamət üzrə fəaliyyəti həyata keçirməyə başlayırıq:

 

1.Sənədlərin fiziki arxiv saxlanılması: Koroğlu metro-stansiyasının yaxınlığında yerləşən Klass A anbar sahəmiz artıq fəaliyyətə başlamışdır (qeyd edim ki REISSWOLF şirkəti dünya üzrə təxminən 4.6 milyon qutuda 23 milyon sənəd qovluğu saxlayır);

 

2.Skanetmə və elektron arxiv: Şəhərin mərkəzində yerləşən ofisimizdən sənədlərin emalı xidməti həyata keçirilir (qeyd edim ki REISSWOLF şirkəti dünya üzrə ildə təxminən 60 milyon sənədi skan edir);

 

3.Sənədlərin məhv edilməsi: bu xidmət yaxın gələcək üçün planlaşdırılır (qeyd edim ki REISSWOLF şirkəti dünya üzrə ildə təxminən 190 min ton sənədi məhv edir).

 

Rüstəm İsmayılov əlavə etdi ki,  “REISSWOLF Azerbaijan”ın saxlanc xidmətindən istifadə edərək, bu üstünlüklərə malik ola bilərsiniz:

 

-Şəhər mərkəzinə daha yaxın anbar xidməti

-Anbarda beynəlxalq standartlara uyğun şərait

-Sorğu olduqda, arxiv sənədlərinin daha tez tapılma imkanı

-Ehtiyac olduqda, fiziki sənədlərin elektronlaşması

 

Qeyd edək ki, REISSWOLF şirkəti 30 il əvvəl Almaniyanın Hamburq şəhərində əsası qoyularaq, hal-hazırda sənədlərin fiziki və elektron arxivi sahəsində, eləcə də sənədlərin məhv olunması üzrə Avropada ilk 5 şirkətdən biridir. Dünya üzrə 1600 nəfərə yaxın işçi qüvvəsinə malik olaraq, Avropa, Asiya və Afrikanın 30-a yaxın ölkəsində fəaliyyət göstərir.

21.02.2020 12:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ