Mobil manşet üstü reklam-3_21

Rusiyadan 75 milyon dollarlıq benzin idxal olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyadan 75 milyon dollarlıq benzin idxal olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan 2019-cu ildə 114 min 314 ton AI-92 markalı avtomobil benzini idxal edib.

 

Reklam_3_11

Bu barədə hökumətdən məlumat verilib.

 

“2019-cu ildə Azərbaycana 77 milyon 24  min dollar dəyərində Aİ-92 markalı avtomobil benzini yalnız idxal edilib”, - hökumətdən bildiriblər.

 

Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana 77 milyon 249  min dollar dəyərində 72 min 596 ton Aİ-92 markalı avtomobil benzini idxal edilib. Beləliklə, 2019-cu ildə ölkəyə benzin idxalı miqdar ifadəsində 57,5%, dəyər ifadəsində 31,1% artıb.

 

Həmçinin, 2019-cu ildə 2 milyon 620 min dollar dəyərində 4 min 171 ton benzin Türkmənistandan, 74 milyon 629 min dollar dəyərində 110 min 143  tоn benzin Rusiyadan idxal olunub.

 

2018-ci ildə Aİ-92 markalı benzin Rusiya və Böyük Britaniyadan idxal edilmişdi. 2019-cu ildə Azərbaycan RF-dən benzin idxalını miqdar ifadəsində 2,8 dəfə, dəyər ifadəsində 2,3 dəfə artırıb.

 

2019-cu ilin ikinci yarısında respublikaya Aİ-92 markalı avtomobil benzininin idxalı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun bir ay müddətinə planlı təmirə dayandırılması ilə əlaqədar SOCAR-ın ehtiyatların yaradılması planları ilə şərtlənib. Zavodun təmirə dayandırıldığı 2019-cu il oktyabrın 4-dən noyabrın 4-dək burada Aİ-92 markalı benzin istehsal edilməyib.

 

Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzini 2019-cu il sentyabrın 1-dən 90 gün müddətində gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

 

Bundan başqa, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və 92-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilib.

 

2018-ci ildə AI-92 markalı avtomobil benzini yalnız dördüncü rübdə idxal olunub. Bu dövrdə idxal BNEZ-də modernləşdirilmə və bərpa layihəsi çərçivəsində təmir işləri ilə əlaqədar olub.

 

BNEZ-də yalnız Aİ-92 markalı benzin istehsal edilir.

 

© “İnterfaks-Azərbaycan” 

21.02.2020 13:38

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ