Azərbaycan İtaliyada yeni bina alıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.

 

Bina ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur.

 

Binada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

 

Prezident İlham Əliyev binanın əsaslı təmir layihəsi və görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

22 Fevral 2020 , 08:46   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin