Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan İrana avtobus reysləri dayandırılıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan İrana avtobus reysləri dayandırılıb?

“İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib”.

 

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

 

Onun sözlərinə görə, beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir: “Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq”.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, son vaxtlar Çin Xalq Respublikasında aşkarlanan, dünyanın bir sıra ölkələri ilə yanaşı, qonşu İran İslam Respublikasında da müşahidə olunan koronavirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib: "İran İslam Respublikasından ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələri əlavə 20 ədəd portativ termometrlə təchiz olunub. Eyni zamanda təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər".

 

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 8-ya çatıb, dünyada isə bu infeksiyadan ölənlərin sayı 2300-ü ötüb. Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə İrandan Azərbaycana koronavirusun keçmə ehtimalından danışıb. 

24.02.2020 06:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ