Azərbaycanın İT şirkəti ABŞ-da filialını açacaq
Azərbaycanın infromasiya texnologiyaları şirkəti “ATL-Tech” şirkəti ABŞ-da açacaq.
Bunu Marja-ya müsahibəsində “ATL-Tech” şirkəti Baş direktoru (CEO) Anar Əliyev bildirib.
Filialın 2020-ci ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulub:
“Əsas fəaliyyət istiqamətimiz birmənalı şəkildə daxili tələbat üzərində qurulub. Lakin daha əvvəl də qeyd etdiyim kimi, coğrafi diversifikasiya hədəflərimizdən biridir. Bu hədəfdən yola çıxaraq 2018-2019-cu illərdə ABŞ bazarında müəyyən xidmətlər göstərdik. Buna kimi xarici bazarlara çıxışımız yox idi. Bu ilin sonuna kimi ilk xarici filialımızı da elə ABŞ-da açacayıq. Bu bazar fərqli və spesifikdir. Burada millət və irq kimi steriotiplərə yer yoxdur. Eyni zamanda İT sahəsində çox qabaqcıl ölkədir. Dünyanın hər hansı bir yerindəki texnoloji həllərin böyük əksəriyyəti bu bazarda öz tətbiqini tapır. ABŞ-da olmaq tətbiq olunan texnologiyalar, ən son yeniliklər haqqında xəbərdar olmaqdır. Eyni zamanda bazar həddindən artıq böyük olduğundan orada müəyyən bir pay sahibi olmaq rahatdır. Əslində Rusiya və Ərəb dünyası kimi alternativlər olsa, bu faktorlardan dolayı seçimimizi ABŞ-ın xeyrinə etdik”, -Anar Əliyev söyləyib.
“ATL-Tech” İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
57 d. əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
-
1 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 2 saat əvvəl
-
4 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
4 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir