Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nazirlik: Bakı Şopinq Festivalına 110-a yaxın mağaza qoşulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik: Bakı Şopinq Festivalına 110-a yaxın mağaza qoşulub

Bakı şopinq festivalına İçərişəhərdə, qoşa qala qapısı qarşısında keçirilən şou-proqramla start verilib. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilən proqramda bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.

 

Açılışda iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, paytaxtda ilk dəfə keçirilən Bakı Şopinq Festivalı insanların alış-verişi üçün mühüm imkanlar yaradır.

 

Onun sözlərinə görə, artıq Bakıda fəaliyyət göstərən 110-a yaxın satış mağazası bu festivala qoşulub: “Festival çərçivəsində vətəndaşlar 50-yə yaxın mehmanxana və restoranın xidmətindən istifadə edə biləcəklər. “Tax free” sistemi istifadədir, əcnəbilərlə yanaşı, ölkə vətəndaşları da bu xidmətdən yararlana bilər. Bizim məlumatımıza görə, gün ərzində “Tax free” xidmətindən istifadə olunub. Vergilər Nazirliyi tərəfindən 7 alış-veriş mərkəzində xüsusi köşk quraşdırılıb. Vətəndaşlar ƏDV-ni əldə etmək üçün alış-veriş etdikdən sonra qəbzlərini köşklərdə təsdiq etdirməli, sonradan mərkəzi banklardan birinə yaxınlaşaraq ƏDV-ni geri almalıdırlar”.

 

V. Şıxəmmədov qeyd edib ki, İçərişəhərdə keçirilən tədbir festival çərçivəsində ilk mədəni tədbirdir: “Festivalın rəsmi açılış mərasimi bu güb saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq”.   


 
Qeyd edək ki, bu gündən Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” başlayıb. Festival mayın 10-dək davam edəcək. İlk Bakı Şopinq Festivalındə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlar da iştirak edir. Bakı Şopinq Festivalı xaricdən turist axınını təşkil etmək, eyni zamanda, daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır. Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax free” (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı bu sistemdən yararlana biləcək. Bakı Şopinq Festivalının internet saytı - www.bakushopfest.com Azərbaycan, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərir.

 

© APA

10.04.2017 14:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ