Ən yuxarı statik reklam-3_3

Bank sədri: “Əmanətlərin tam sığortalanması modelindən uzaqlaşmaq vaxtıdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sədri: “Əmanətlərin tam sığortalanması modelindən uzaqlaşmaq vaxtıdır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov hesab edir ki, əmanətlərin tam sığortalanması üzrə müddətin artırılmasına ehtiyac yoxdur, artıq müəyyən limitlərin qoyulması məqsədəuyğun olar.

 

Marja xəbər verir ki, Anar Həsənov, “Bu ilin mart ayında əmanətlərin tam sığortalanması müddəti başa çatır. Necə düşünürsünüz, bu modeli saxlamaq zəruridirmi? Yoxsa, köhnə modelə qayıtmaq, yaxud əksinə, yeni bir model işləyib hazırlamaq  vaxtıdır?” sualına belə cavab verib: 

 

“Mənim sırf şəxsi fikrim bundan ibarətdir ki, əmanətlərin tam sığortalanması modelindən artıq uzaqlaşmaq vaxtıdır. Çünki biz tez-tez belə bir halla rastlaşırıq ki, prinsipcə, bankın seçilməsində həlledici rol oynamalı olan bank fəaliyyətinin effektiv modeli, səhmdarların strukturu, rahat xidmət və s. bu kimi amillər müştəri üçün böyük əhəmiyyət kəsb etmir.

 

Müştəri hesab edir ki, istənilən halda, bütün vəsaitlər sığortalanıb və dövlət hər bir halda bu vəsaitləri qaytaracaq, buna görə də bank seçərkən yalnız əmanət məhsulunun yüksək qiymətinə əsaslanır. Düşünürəm ki, faiz dərəcəsinin daha da azaldılması və sığortalanmış maksimal məbləğin həcminə məhdudiyyət qoyulması düzgün addım olardı. 

 

Bu nöqteyi-nəzərdən, müəyyən limitlərin qoyulması bankların özlərinə həm biznesdə, həm də öz üzərinə müəyyən risklər götürərkən daha məsuliyyətli olmasına və beləliklə də, onların daha rəqabətli olmasına kömək edə bilər. Məbləğin tam həcmdə kompensasiya edilməsi ilə əlaqədar devalvasiyadan sonra qəbul olunan qərarı mən, əhaliyə bank sisteminin dövlət tərəfindən dəstəklənməsinə zəmanət vermək üçün hökumətin icra etdiyi özünəməxsus sosial layihə adlandırardım”.

24.02.2020 15:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ