Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkətləri fındığa yeni müştəri tapdılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkətləri fındığa yeni müştəri tapdılar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan beş ölkəyə fındıq və konservləşdirilmiş məhsullar ixrac edəcək.


İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Marja-ya bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilmiş “Gulfood 2020” beynəlxalq qida sərgisi başa çatıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə Azərbaycanın 20 şirkəti məhsullarını təqdim edib. Azərbaycan məhsulları, xüsusilə fındıq, nar şirəsi və müxtəlif çeşiddə şirniyyatlar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb.

 

Sərgi çərçivəsində Azərbaycan şirkətləri ilə xarici tərəfdaşlar arasında görüşlər keçirilib, ixraca dair müzakirələr aparılıb. Azərbaycanın “AHEC” və “AZHAZELNUT” şirkətləri Misir, Pakistan və İtaliyadan olan şirkətlərlə fındıq məhsulunun ixracına, “Az-Granata” və “BakuKonserv” şirkətləri Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan şirkətlərlə konservləşdirilmiş məhsulların ixracına dair razılıq əldə edib.

 

AHEC 200-dən çox işçidən ibarət 5 fındıq ixracatçı şirkəti olan Azərbaycan konsorsiumudur. 

25.02.2020 05:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ