Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AzerGold” büdcəyə xeyir verir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” büdcəyə xeyir verir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qızıl daxil digər qiymətli metalların hasilatı ilə məşğul olan dövlətə məxsus “AzerGold” QSC-nin 2019-ci ildə büdcə ödənişləri əvvəlki illə müqayisədə 6,7% artıb.

 

Reklam_3_11

Marja-nın məlumatına görə, bunu “AzerGold” QSC-də 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

 

“Ötən il bütün növ vergi və ödənişlərdə artım qeydə alınıb. 2019-cu ildə dövlət büdcəsinə ümumilikdə 13 milyon 487 min manat vəsait ödənilib. 2018-ci ildə bu rəqəm 12 milyon 644 min manat təşkil etmişdi. 2019-ci ildə büdcə ödənişləri əvvəlki illə müqayisədə 6,7% artıb”,- Zakir İbrahimov çıxışında deyib.

 

Sədr bildirib ki, "AzerGold" son 3 ildə qızıl və gümüş satışından 400 milyon manata yaxın gəlir əldə edib. Bu illər ərzində dövlət büdcəsinə 30,6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib. 

25.02.2020 05:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ