Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət şirkəti yerli və xarici banklardan borc almağı düşünür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkəti yerli və xarici banklardan borc almağı düşünür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Aparılan kəşfiyyat işləri nəticəsində “AzerGold”un əlvan metal ehtiyatları beynəlxalq standarta əsasən 20 dəfədən çox artırılıb”.

 

Marja-nın məlumatına görə, bunu “AzerGold” QSC-də 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

 

“Yəni qazma işlərinin nəticəsi müsbətdir, ehtiyatlarımız 20 dəfədən çox artırılıb. Həmin ehtiyatların hasil edilərək ixrac edilməsi ölkə iqtisadiyyatına milyardlarla manat vəsaitin daxil olması deməkdir. İri layihələrin icrası maliyyə vəsaiti tələb edir ki, biz bu məqsədlə həm yerli, həm də beynəlxalq maliyyə institutlarından maliyyənin cəlb edilməsini düşünürük. Eyni zamanda, Şirkətin ilkin 2 milyon manatlıq nizamnamə kapitalı 37 milyon manata çatdırılıb”, Şirkətin sədri deyib.

 

Qeyd edək ki, hazırda “AzerGold” Daşkəsəndə “Çovdar” yatağında qızıl və gümüş hasilatı ilə məşğuldur. Şirkət 2021-ci ildə Daşəsəndəki “Ağyoxuş”və “Mərəh”, Göygöldəki  “Tulalar” sahələrində, 2025-ci ildə isə Balakəndəki “Filizçay” sahəsində hasilata başlamağı planlaşdırır.

 

Dövlətə məxsus  "AzerGold" son 3 ildə qızıl və gümüş satışından 400 milyon manata yaxın gəlir əldə edib. Bu illər ərzində dövlət büdcəsinə 30,6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib. 

25.02.2020 06:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ