Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

10 bankın qiymətli kağızlara investisiyaları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 bankın qiymətli kağızlara investisiyaları azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 21-nin bu il və ötən il yanvarın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 10-da fond bazarına investisiyaların illik dinamikası mənfi olub.

 

Reklam_3_11

Həmin banklar "Rabitəbank", "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Azərbaycan Beynəlxalq Bank", "Yelo Bank", "Bank BTB", "Xalq Bank" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (35,8%), ən az azalma isə "Rabitəbank"da (15,8%) qeydə alınıb.

 

11 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "Access Bank", "Bank of Baku", "Express Bank", "Unibank", "Turan Bank", "Bank Respublika", "Zıraat Bank Azərbaycan", "AFB Bank", "Kapital Bank", İran Milli Bankının Bakı filialı və "Azər-Türk Bank"dır. Ən yüksək dinamika "Access Bank"da (20,2 dəfə), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (8,2%) qeydə alınıb.

 

8 bank - "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Muğan Bank", "Günay Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

5 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur
 

Qiymətli kağızlara investisiya yatırmış 21 bankdan 5-də investisiyaların məbləği 100 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 milyard 96 milyon 496 min manat), "Azərbaycan Beynəlxalq Bankı" (869 milyon 592 min manat), "Kapital Bank" (455 milyon 456 min manat), "AFB Bank" (125 milyon 304 min manat) və "Xalq Bank"dır (108 milyon 747 min manat).

 

Qiymətli kağızlara investisiyaların məbləği 13 bankda 10-100 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan azdır.

 

© "Renkinq"

26.02.2020 06:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ