Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank BTB Xocalı soyqırımına həsr olunan Qanvermə aksiyası keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank BTB Xocalı soyqırımına həsr olunan Qanvermə aksiyası keçirib

Bank BTB fəaliyətinin 10-cu ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birini həyata keçirib.

 

Reklam_3_11

Belə ki, Bankın Baş ofisinə dəvət olunan Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə Qanvermə aksiyası baş tutub. “Qan verək, həyat xilas edək” adlı aksiyada Bank BTB-nin 100-ə yaxın könüllü əməkdaşı iştirak edib və ümumilikdə 15 litrdən çox qan verilmişdir.  

 

Aksiyanın keçirilməsində əsas məqsəd talassemiya və hemofiliyadan, həmçinin, leykoz xəstəliyindən əziyyət çəkən şəxslərə ümid olmaq, onların sağlamlığına qovuşmaqlarına yardım etməkdir. Digər tərəfdən isə aksiyanın 26 Fevral tarixində keçirilməsi təsadüfi deyil. Belə ki, Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı faciəsinin 28 illiyinə həsr olunan Qanvermə aksiyası xalqımızın birliyini ifadə edir.

         

Xatırladaq ki, Bank BTB bu il 10 yaşını qeyd edir. Bu səbəbdən 2020-ci il ərzində Bank BTB silsilə tədbirlər, məhsul yönümlü kampaniyalar, KSM layihələr və rəqəmsallaşan bank xidmətləri ilə təmsil olunacaq.

 

Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Məhsul və xidmətlər barədə www.btb.az və ya (012) 946 məlumat mərkəzinə müraciət edə bilərsiniz.

26.02.2020 07:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ