Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan şirkəti Gürcüstanda ilk neft emalı zavodunu tikəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti Gürcüstanda ilk neft emalı zavodunu tikəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ, SOCAR) Kulevi neft terminalının yaxınlığında 2021-ci ildə Gürcüstanda ilk neft emalı zavodunun tikintisi başlanmalı və 3 ildən sonra başa çatmalıdır. Bunu layihəni reallaşdıran “Fazis Oil” şirkətinin icraçı direktoru Giya Şavdiya jurnalistlərə məlumat verib.

 

Reklam_3_11

“İlkin qiymətləndirmələrə əsasən, 5 ildən sonra, yəni NEZ tam gücü ilə fəaliyyətə başlayandan sonra, Gürcüstanın dövlət büdcəsinə təqribən illik 50-60 milyon dollar daxil olacaq”, - o qeyd edib.

 

“Layihə üzərində iş fəal mərhələdədir. Artıq Royal Dutch Shell və Axens şirkətləri ilə lisenizya sazişlərinin bağlanması üzərində işləyirik, mart ayında isə həmin NEZ-i idarə edəcək İspaniyanın Cepsa neft-kimya korporasiyası ilə memorandum imzalanacaq”, - Şavdiya dəqiqləşdirib.

 

Onun sözlərinə görə, layihəyə əsasən, bu, yüksək texnoloji müəssisə olacaq. “İstehsalatda bərk tullantılar olmayacaq və zavod ekoloji təmiz benzin və əsasən yerli bazarda realizə ediləcək “Avro-5” və “Avro-6” standartlı dizel yanacağı istehsal olunacaq. Bu, Gürcüstana neft məhsullarının ökkəyə idxalını 15-20% azaltmağa imkan verəcək”, - Şavdiya qeyd edib.

 

© İnterfaks-Azərbaycan

26.02.2020 07:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ