Ən yuxarı statik reklam_3

Dünyanın ən varlı 4-cü adamı smartfon istifadə etməyə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən varlı 4-cü adamı smartfon istifadə etməyə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

87,6 milyard dollar sərvətilə dünyanın ən varlı dördüncü adamı olan Uaren Buffet (Warren Buffett), ilk dəfə ağıllı telefon (smartfon) aldığını açıqlayıb. 

 

Marja xəbər verir ki, ağıllı telefon istehsalçısı "Apple"ın da 5,6%-lik hissəsinə sahib olan 89 yaşındakı Buffet, qapaqlı bir cib telefonu olan "Samsung SCH-U320" istifadə edirdi. Bu telefonu ilk dəfə 2013-də CNN-ə göstərən Buffet, zarafat olaraq "Bunu mənə Aleksandr Graham-Bell verdi" demişdi.

 

CNBC-ə danışan "Berkshire Hathaway" rəhbəri Buffet, köhnə "Samsung" telefonunu holdinqin maydakı illik yığıncağında əzə biləcəyini söyləyib. 

 

APPLE-IN CEO-SU iPHONE HƏDİYYƏ ETMİŞDİ, AMMA İSTİFADƏ ETMƏMİŞDİ


Buffet, keçmişdə şəxsən "Apple"ın İcraçı direktoru Tim Cook daxil bir çox adamdan iPhone hədiyyə almış , ancaq bunların heç birini istifadə etməmişdi.

 

Buffet, səhmlərin qiymətlərini izləmək üçün bir başqa "Apple" məhsulu olan "iPad" istifadə etdiyini açıqlamış, ilk "tweet"ini də 2013-də "iPad"dan yazmışdı.

 

Buffetin şirkəti "Berkshire Hataway"ın bazar dəyəri 560 milyard dollar səviyyəsindədir. 

26.02.2020 09:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ