Ən yuxarı statik reklam_3

Bu dövlət vətəndaşlarına nağd pul paylayacaq - Hər kəsə 1284 dollar veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu dövlət vətəndaşlarına nağd pul paylayacaq  - Hər kəsə 1284 dollar veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Honq Konqdan '"vertolyot pulu" planı


 

Son dövrdə etiraz nümayişləri və koronavirus epidemiyası ilə mübarizə aparan Honq Konq hökuməti vətəndaşa birdəfəlik fərdi maliyyə yardımını da ehtiva edən büdcə paketi açıqlayıb. 


Marja xəbər verir ki, yeni paket, xüsusilə turizm və digər sahələrdə davam edən geriləməni önləmək üçün 15.4 milyard dollarlıq büdcə nəzərdə tutur.

 

Maliyyə Naziri Paul Chan büdcə paketində "çətin şərtlərdə yaşayan" 18 yaş və üzərindəki bütün vətəndaşlara 10 min Honq Konq dolları məbləğində (1284 dollar) fərdi köməyin edilməsinin də yer aldığını açıqlayıb. 

 

Çinin ölkədəki rolu səbəbilə aylardır davam edən etirazlar, Honq Konq iqtisadiyyatının 10 ildə ilk dəfə durğunluğa girməsinə səbəb olmuşdur. İqtisadçılar koronavirus epidemiyasının da ortaya çıxması ilə iqtisadi tənəzzülün 2020-ci ildə də davam edəcəyini bildirirlər. 

 

Chan "çətin iqtisadi şərtlərin olmasına baxmayaraq, məqsədimiz şirkətləri və iqtisadiyyatı dəstəkləyib xalqın yükünü yüngülləşdirməkdir" deyib.

 

Chan bu il Honq Konq iqtisadiyyatının 1.5% ilə 0.5% aralığında azalacağını, 2019-da 1.2% azalma olduğunu açıqlayıb.

 

Honq Konqun "nağd  pul paylama" (vertolyot pulu") planı iqtisadçılar tərəfindən tənqidlərə səbəb olub. İqtisadçılar vətəndaşların bu pulları xərcləyəcəklərindən şübhələnirlərər ki, belə olan halda istehlak da canlanmayacaq.

 

"Vertolyot pulu" - pul və maliyyə siyasətlərinin iqtisadi artımı və xərcləmələri artıra bilmədiyi vəziyyətlərdə dövlətin vətəndaşlara xərcləmələri məqsədilə əvəzsiz pul verməsidir. 

26.02.2020 09:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ