Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib - TƏYİNAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib - TƏYİNAT

24 fevral 2020-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində   Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

ABA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, iclas zamanı müzakirə edilən məsələlər sırasında “Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni sədrinin təyin edilməsi, “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun fəaliyyətinin genişləndirilməsi və ABA-nın cari fəaliyyəti olub. 

 

İclasda “Ödəniş sistemləri və alternativ xidmət kanalları” Ekspert Qrupunun yeni rəhbəri olaraq Tamerlan Rüstəmov təyin edilib.

 

Cari ilin yanvar ayından etibarən “Bank of Baku” ASC-də Ödəniş sistemləri departamentinin direktor müavini vəzifəsində işləməyə başlayan Tamerlan Rüstəmov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasında Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. Ödəniş sistemləri və rəqəmsal ödənişlər sahəsində fəaliyyətə isə 2008-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında başlamışdır.

 

Bu müddət ərzində ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində yeni qanun layihəsinin hazırlanması, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişlənməsi və innovativ ödəniş alətlərinin tətbiqi, bu sahədə tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılaraq həyata keçirilməsi, habelə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirlərin reallaşdırılmasında yaxından iştirak etmişdir.

 

İclasda həmçinin “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayevin bank və əlaqəli sektorlar üzrə qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və dəstəklənməsi layihəsinin təklifi ilə bağlı fəaliyyət istiqamətləri müzakirə edilmişdir.

 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

26.02.2020 11:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ