Neft qiymətləri son bir ilin ən aşağı səviyyəsinə düşdü

Neft qiymətləri, sürətlə yayılan koronavirusun qlobal iqtisadi artım üzərində böyük bir təsirinin olacağı qorxuları ilə əlaqədar son bir ilin ən aşağı səviyyəsinə düşüb.

 

Marja xəbər verir ki, neft kontraktları Nyu Yorkda, əvvəlki üç seansda 7%-dən çox düşdükdən sonra daha 1.4% də geriləyib.


ABŞ-da yüksək vəzifəli bir rəsmi epidemiyanın ölkə daxilində yayıla biləcəyi xəbərdarlığını edib, bu açıqlama "Wall Streetdə" və əmtəələrdə sərt satışlara səbəb olub.

 

Virusun bütün dünyada sürətlə yayılması ilə bərabər, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1200-ü aşıb, İtaliyada ölənlərin sayı 10-a yüksəlib və İranda da ölənlərin sayı artır.

 

Brent neftinin qiyməti 53.76 dollara (-2,2% azalma), ABŞ xam neftinin qiyməti isə 49.17 dollara (-1.4% azalma) geriləyib (Bakı vaxtı ilə saat 16:15-ə olan məlumat).

 

26 Fevral 2020 , 16:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin