Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yellen: Faiz mərhələli artırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yellen: Faiz mərhələli artırılacaq

ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellen, faizin mərhələli artırılacağını bildirərək, Fed-in inflyasiya səviyyəsindən geridə qalmaq istəmədiyini söyləyib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Yellen, Miçiqan Universitetində etdiyi çıxışında, Amerika  iqtisadiyyatı və Fedin pul siyasətinə dair qiymətləndirmələr edib.

 

ABŞ iqtisadiyyatının Fed-in hədəfləri olan tam məşğulluğu və 2%-lik inflyasiya səviyyəsini təmin etdiyinə işarə edən Yellen, "Mərhələli faiz artımları böyük ehtimalla gedəcəyimiz yol olaraq görünür. İnflyasiya əyrisindən geri qalmaq istəmirik" deyib.

 

Yellen, Fed-in faizlərin mərhələli artırılmasında çox gözləməsi vəziyyətində iqtisadiyyatın həddindən artıq qıza biləcəyinə diqqəti çəkərək, bu vəziyyətdə bankın faiz artırmağı sürətləndirmək məcburiyyətində qalacağını, bunun isə durğunluğa səbəb olacağını vurğulayıb.

 

Amerika iqtisadiyyatında işsizlik nisbətinin keçən ay 4,5%-ə düşməsi haqqında da danışan Yellen, bunun inflyasiyanı artıra biləcəyini ifadə edib.

 

Yellen, Amerika iqtisadiyyatının potensial böyümə nisbətinin 2%-dən aşağı olduğuna inandığını qeyd edərək, ABŞ Konqresinin iqtisadi inkişafı sürətləndirmək üçün addımlar ata biləcəyini vurğulayıb.

 

Federal Cəmiyyət Ofisinin (GAO) Fed-in pul siyasəti qərarlarına nəzarət etməsi ehtimalını da qiymətləndirən Yellen, bunun reallaşması halında Fed-in müstəqilliyinin sona çatacağı barədəxəbərdarlıq edib.

 

ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

11.04.2017 05:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ