Azərbaycanda əsasən bu qiymətlərdəki mənzillərə ipoteka verilir - CƏDVƏL

Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) portfelinin ipoteka predmetinin dəyəri üzrə pay bölgüsü açıqlanıb.

 

Fondun portfelində əsas yeri 60-90 min manatlıq kreditlər tutub. İKZF-in portfelinin 37,41% və ya 756 979 491 manatını məhz bu dəyərdə olan ipoteka kreditləri əhatə edib. Portfeldə ən az payı (0,57% və ya 11 602 560 manat) isə dəyəri 30 min manatadək olan ipotekalar təşkil edib.

 

Qeyd edək ki, hazırda 150 min manatadək ipoteka kreditləri minimal ilkin ödəniş 15% olmaqla maksimal 25 il müddətinə verilir. İllik faiz dərəcəsi zəmanət verilmiş kreditlər üzrə 8%, zəmanət verilməmiş kreditlər üzrə 7% təşkil edir.

 

İKZF-in portfelində 30.12.2019-cu il tarixinə ipoteka predmetinin dəyərinin pay bölgüsü:

İpoteka predmetinin dəyəri, AZN

Portfeldə payı, AZN

Portfeldə payı, %

1

60 000-90 000

756 979 491

37,41

2

30 000- 60 000

516 908 751

25,54

3

>120 000

433 608 103

21,43

4

90 000-120 000

304 617 908

15,05

5

<30 000

11 602 560

0,57

© APA

26 Fevral 2020 , 16:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin