Saxta kərə yağı istehsal edən daha bir müəssisənin fəaliyyəti dayandırıldı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük savxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirilib.
Məlum olub ki, müəssisədə qida təhlükəsizliyinə dair tələblər yerinə yetirilmir və kərə yağı istehsalında istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına yol verilir. Belə ki, kərə yağı adı altında istehsal olunan və satışa çıxarılan yağların istehsalı zamanı baytarlıq ekspertizasından keçirilməyən (mənşəyi məlum olmayan) südün tərkibindəki təbii yağ separator vasitəsilə kənarlaşdırılaraq, əvəzində bitki mənşəli yağ əlavə edilir.
Müəyyən müddət soyuducuda saxlanıldıqdan sonra isə kustar üsullarla nehrə aparatına ötürülür və saxta kərə yağı istehsal olunur. Yağ polietilen paketlərə qablaşdırılaraq üzərinə heç bir etiket məlumatları qeyd edilmir.
Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
13 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
15 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl