Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“AccessBank” 3 vakansiya üzrə işçi axtarır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AccessBank” 3 vakansiya üzrə işçi axtarır

“AccessBank” 3 vakansiya üzrə işçi axtarışı elan edib.

 

Reklam_3_11

1.Büdcəyə nəzarət üzrə mütəxəssis

 

Öhdəliklər

-Xərclər baxımından büdcə və nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, gəlirlər və xərclər üzrə büdcənin mərkəzləşdirilməsi

 

-Departamentlər və ya bütün şirkət üzrə fayda-xərc nisbətinin analizi

 

-Rəhbərlik tərəfindən tələb olunan illik büdcə planlaması üzrə simulyasiya və modellərin hazırlanması;

 

-Büdcə üzrə uyğunluqla əlaqəli xərclər və yatırımların daim izlənməsi;

 

-Yeni və ya əlavə xərclərin, yatırımların büdcə səviyyəsində təsdiq olunması;

 

-Şirkətin razılaşdırılmış vəsait daxil olmalarının strateji planlama və qiymətləndirmə üzərindən nağd vəsait dövriyyəsinin idarə olunması;

 

-Dövrü büdcə və maliyyə hesabatlarının hazırlanması;

 

Tələblər

-Mühasibatlıq, Maliyyə və ya müvafiq sahələrdə bakalavr diplomu;

 

-İdarəetmə/Xərclərə nəzarət və ya Maliyyə analizi sahəsində minimum 3 il iş təcrübəsi;

 

-Bank sahəsində büdcə nəzarəti üzrə təcrübə;

 

-Mühasibatlıq və vergi, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər;

 

-Excel proqramını yüksək səviyyədə bilmək;

 

-Təyin olunmuş hədəflər və onlara vaxtında çatmaq üçün öhdəliklərin yaradılması, planlaşdırılması və icrasına nəzarət etmək;

 

-Analitik düşünmə qabiliyyəti və detallara diqqətcil olmaq;

 

-Komanda şəklində işləmək bacarığı;

 

-Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.

 

2.Tənzimləmə hesabatlar mütəxəssisi

 

Öhdəliklər

-Tənzimləmə hesabatlarının hazırlanması – Bankın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş, daxili siyasət və prosedurlarına uyğun müxtəlif maliyyə tənzimlənmə hesabatlarının düzgün və vaxtında hazırlanmasını və verilməsini təmin etmək;

 

-Hesabat prosesinin dəqiqliyini, tamlığını və vaxtında hazırlanmasını təmin etmək üçün proseslərin optimallaşdırılması və inkişafı üçün tövsiyələr vermək;

 

-Yeni və dəyişilmiş tənzimləmə hesabat tələblərinin araşdırılmasında və həyata keçirilməsində, habelə yeni məhsullar / əməliyyatlar üçün tənzimləmə tələblərinin qiymətləndirilməsində iştirak etmək;

 

-Hesabat və məlumat ehtiyaclarını bildirmək;

 

-Tənzimləmə hesabatlarının avtomatlaşdırılması layihəsində iştirak;

 

Tələblər

-Bank sektoru və bank tənzimləmə hesabat qaydaları haqqında ətraflı anlayışa malik olmaq;

 

-Güclü analitik bacarıqlar;

 

-Komanda ilə səmərəli işləmə bacarığı;

 

-Əla ünsiyyət bacarıqları (istər yazılı, istərsə şifahi);

 

-Microsoft ofis proqramlar - Word, Excel və PowerPoint-da yüksək səviyyədə işləmək;

 

-Mühasibat və hesabat funksiyaları sahəsində minimum 3 il iş təcrübəsi daxil olmaqla, minimum 5 il iş təcrübəsi;

 

-Mühasibat və hesabatlıq üzrə təhsil dərəcəsinin və sertifikatlarının olması;

 

3.Ticarətin maliyyələşdirilməsi üzrə baş mütəxəssis

 

Öhdəliklər:

-Ticarətin maliyyələşdirilməsi üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;

 

-Potensial müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;

 

-Ticarətin maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;

 

-Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;

 

-İxrac və idxal akkreditivləri, zəmanətləri üzrə beynəlxalq bank əməliyyatlarının keçirilməsini təmin etmək;

 

-Ticarətin maliyyələşdirilməsi üzrə alətlərin təqdim olunması və zamanında bağlanması üzrə nəzarətin həyata keçirilməsi;

 

-Ticarət maliyyələşdirilməsi üzrə bazarın və müştəri bazasının analiz edilməsi;

 

-Əməliyyatlar üzrə dövrü və operativ hesabatların və təqdimatların hazırlanması;

 

Tələblər:

-Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi;

 

-Müvafiq sahədə 3 il iş təcrübəsi;

 

-Yüksək analitik qabiliyyət;

 

-Yüksək kommunikasiya bacarıqları;

 

-Biznes bankçılığı məhsulları və biznesin maliyyə analizi (biznesin maliyyələşmələri, beynəlxalq tranzaksiyalar üzrə biliklər) üzrə təcrübə;

 

-Azərbaycan, rus və ingilis dillərini bilmək;

 

Maraqlanan namizədlər CV-lərini 08.03.2020 tarixinədək [email protected] elektron poçtuna göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 

26.02.2020 12:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ