İranda 88 nəfərin koronavirusdan öldüyü iddia edilir - VİDEO

İrandan ziddiyyətli xəbərlər gəlməkdə davam edir.

 

“Iran International” telekanalı xəbər verir ki, ölkədə 88 nəfər koronavirusdan ölüb. 

 

Telekanal İranın Gülüstan əyalətinin Minudəşt şəhərindəki xəstəxanada koronavirusdan ölən şəxsin meyitinin təhvil verilməsinin görüntülərini yayıb.

 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 19 nəfərin koronavirus infeksiyasından öldüyünü və 139 nəfərə koronavirus diaqnozu qoyulduğunu təsdiqləyib. İran səhiyyə nazirinin müavini İrəç Hərirçi və Tehran şəhərinin deputatı Mahmud Sadiqinin də koronavirusa yoluxduğu açıqlanıb.

 

Qeyd edək ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 770 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 279-dan çoxdur. 

26 Fevral 2020 , 18:06   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin