Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycana qoyun idxalı kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana qoyun idxalı kəskin artıb

2019-cu ildə Azərbaycana 10 milyon 698 min ABŞ dolları dəyərində 139 min 701 baş qoyun idxal olunub.

 

2018-ci il ilə müqayisədə ölkəyə qoyun idxalı dəyər ifadəsində 3 milyon 564 min dollar və ya 50% artıb. Say baxımından isə hesabat dövründə 31 min 106 baş və ya 29%-ə yaxın artım qeydə alınıb.

 

Hesabat ilində ölkəyə 50 min 52 baş qoyun (3 milyon 655 min dollar) Rusiya, 780 baş (55 min dollar) Ukrayna, 16 min 968 baş (1 milyon 652 min dollar) Qazaxıstan, 71 min 821 baş (5 milyon 304 min dollar) Gürcüstan, 80 baş (32 min dollar) isə Türkiyədən idxal olunub.

 

Qeyd edək ki, 2018-ci ildə ölkəyə qoyun idxalının dəyəri 7 milyon 134 min dollar təşkil etmişdi. Həmin müddətdə ölkəyə 108 min 595 baş qoyun idxal olunmuşdu.

 

© APA

26.02.2020 15:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ