Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Fitch” Azərbaycan fondunun defolt reytinqini təsdiq etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Fitch” Azərbaycan fondunun defolt reytinqini təsdiq etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin “Fitch Ratings” Agentliyi (bundan sonra Agentlik) tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun  uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq edilib.

 

Agentliyin yaydığı açıqlamada bildirilir ki, reytinqin “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması dövlət ilə Fond arasında güclü əlaqənin olması barədə “Fitch”in dəyişməz mövqeyini əks etdirir.

 

Agentliyin "Hökumətlə əlaqəli qurumların reytinq meyarları"na əsasən, “Fitch”, dövlətin Fonda dəstəyini çox yüksək qiymətləndirir. Dövlətlə Fond arasındakı əlaqənin güclü olması və dövlətin Fonda dəstəyini nəzərə alaraq, “Fitch” Fondun reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.

 

Hüquqi status və idarəetmə çox güclü olaraq qiymətləndirilib. Fond qeyri-kommersiya publik hüquqi şəxsdir və dövlətə məxsusdur.

 

Dövlətin təşəbbüsü ilə Fondun mandatına ipoteka əməliyyatları ilə yanaşı, kiçik və orta sahibkarlığın dəstəklənməsi funksiyasının əlavə olunması Fondun dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində strateji əhəmiyyətini daha da artırıb.

 

Dövlətin Fonda dəstəyi güclü olaraq qiymətləndirilib

 

Yarandığı gündən etibarən Fond davamlı olaraq dövlətdən müxtəlif növ dəstək alır. Bura illik kapital daxilolmaları, dövlətdən transferlər və Mərkəzi Bankın Fondun istiqrazlarına təkrar bazarda likvidlik dəstəyi daxildir. Fond, həmçinin, ucuz maliyyələşmə, 2019-cu ildən başlayaraq gəlir vergisindən azad edilmə və əməliyyatlardan əldə etdiyi mənfəətdən istifadə etmə kimi dolayı dəstəyə malikdir.

 

Həm əhalinin  əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsi kimi ənənəvi seqmentini, həm də sahibkarların manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyalarının verilməsi kimi yeni fəaliyyətini nəzərə alaraq “Fitch” orta müddətli dövrdə də Fondun dövlət tərəfindən aldığı dəstəyin davamlı olacağını güman edir.

 

Agentlik hesab edir ki, dövlətin mənzil siyasətində Fond strateji əhəmiyyətə malikdir. Fond respublikada güzəştli ipoteka kreditlərini verən yeganə dövlət qurumudur və bank sektorunun zəif olduğu bir şəraitdə güzəştli ipoteka kreditini təmin edən hər hansı başqa qurum yoxdur.

 

Milli mənzil təminatı siyasətinin həyata keçirilməsində dövlət agenti olan Fond, ipoteka bazarına ucuz maliyyə resurslarını yönəldir və bununla da ipoteka kreditlərini əhaliyə əlçatan edir.

 

Fond daxili istiqraz bazarının Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra üçüncü ən böyük iştirakçısıdır.

 

Əməliyyat profili

 

"Fond dövlətin mənzil təminatı siyasətində əsas rol oynayır, çünki əhalinin yaşayış sahələrinə olan  əlçatanlığını təmin etmək üçün uzunmüddətli ipoteka kreditlərinin bazar qiymətindən aşağı təklif olunması üçün mexanizm qurub. 2018-2019-cu illər ərzində Fond satmaq öhdəliyi ilə yaşayış sahələrinin kirayəyə verilməsi proqramının tətbiqi istiqamətində işlər həyata keçirib. Bu proqram ipoteka kreditlərinə müraciət edə bilməyən, ilkin ödəniş etməyə kifayət qədər vəsaiti olmayan əhali üçün nəzərdə tutulub və proqramın cari ildə tətbiqi planlaşdırılır",- məlumatda deyilir.

 

Fond qeyri-kommersiya təşkilatı olmasına baxmayaraq, yaranandan bəri davamlı olaraq mənfəət əldə edib. Fondun hesablamalarına görə, 2019-cu il üçün kapitalın gəlirliliyi 3.8% və aktivlərin gəlirliliyi isə 1.9% olub.

26.02.2020 16:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ