Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Manat daha da güclənə bilər?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manat daha da güclənə bilər?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

BİLETİ EVİNİZDƏN VƏ İŞİNİZDƏN AYRILMADAN ALIN – WWW.SAFAR.AZ

Reklam_3_11

 

Son 2 ayda Dollar Manat qarşısında dəyərdən düşür. Bu ilin 1 Fevral tarixində  1.92 manat səviyyəsinə çıxmış Dollar/Manat rəsmi məzənnəsi bu gün 1.7031 manata düşüb. Banklar artıq dolları 1.65 manata satırlar. Bəs Manat daha da güclənə bilər?

 

“Marja” xəbər verir ki, son trendlər Manatın xeyrinədir. Müsbət meyllər aşağıdakılardır:

 

- Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz artıb, ixrac idxalı üstələyib və 1 milyard dollar ətrafında müsbət saldo yaranıb. İxrac təxminən 50 faiz, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır.

 

-2016-cı ildə 2015-ci illə müqayisədə tədiyyə balansının kəsiri 21 dəfə azalaraq 539.2 milyon dollara düşüb.  Bu il tədiyyə balansıda profisit yarana bilər.

 

- Neft qiymətləri 50 dolların üzərində qalır. İlin ortalarında Brent neftinin barelinin qiymətinin 60 dollara qalxacağı gözlənilir.

 

-Bu ilin 3 ayı ərzində valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artaraq 38,5 milyard dollara çatıb. Mərkəzi Bankın da valyuta ehtiyatları artır.

 

-Mərkəzi Bankın sərt pul siyasəti təsirli olub. Depozit hərracları və notların emissiyası yolu ilə dövriyyədəki Manat kütləsi azaldılıb.

 

-Əhalinin ehtiyatında 2015-ci ildə olduğu qədər dollar alışına yönəldə biləcəyi vəsait yoxdur. Dolların 2 manat səviyyəsini keçə bilməməsi Dolların 2.40-2.60 manat olacağı barədə gözləntiləri azaldıb.

 

- Bu ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz  artıb.

 

-Ölkəmizə turist axını artıb, bu da bazara valyutanın daxil olması deməkdir. Bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərləri 25 faiz artmışdır. 

 

-Bank sektoru sabitləşib.

 

Bütün bu müsbət meyllərin daha da güclənəcəyi, digər iqtisadi proseslərin də Manatın xeyrinə inkişaf edəcəyi gözlənilir.

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

11.04.2017 05:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ