Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Çində ABŞ-dan çox milyarder yaranıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çində ABŞ-dan çox milyarder yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Forbes-in hazırladığı milyarderlər siyahısının Çinli rəqibi "Hurun Qlobal Zənginlər Siyahısı - 2020" (Hurun Global Rich List) açıqlanıb.  

 

Reklam_3_11

Marja Hesabata istinadən xəbər verir ki,  31 Yanvar 2019-cu il tarixinə, son 12 ay ərzində Çində 182, ABŞ-da isə birjalar rekord qırmasımna baxmayaraq 59 dollar milyarderi yaranıb.

 

Çinin cəmi dollar milyarderlərinin sayı ticarət müharibəsinə baxmayaraq 799-a, ABŞ-ın isə 629-a yüksəlib. 

 

Beləliklə, ABŞ, 799 dollar milyarderinə sahib Çinin ardından ikinci yeri tutub. Siyahıda üçüncü  yeri 137 dollar milyarderinə sahib Hindistan tutur. 

 

Çinin paytaxtı Pekin dünyada ən çox dollar milyarderinə ev sahibliyi edir (110), Nyu York 98 miyarder ilə ikinci yerdədir.

 

"Hurun Qlobal Varlılar Siyahısı"nın qurucusu və rəhbəri Rupert Hoogewerf, Çinin bu gün ABŞ və Hindistanın (137  milyarder) cəmindən daha çox milyarderə sahib olduğunu vurğulayıb. 

 

3 İLDİR BİRİNCİ OLUR

 

Siyahıda 3 ildir birinci yeri Amazon-un qurucusu və icraçı direktoru Jeff Bezos tutur. Onun 140 milyard dollar sərvəti var. 

 

Dünyada məşhur markaların daxil olduğu LVMH şirkətinin İcraçı direktoru Bernard Arnault 107 milyard dollarla ikinci, Microsoft-un qurucusu Bill Gates təxminən 106 milyard dollarlıq sərvətlə üçüncü yeri tutur.  Məşhur alış-veriş saytı alibaba.com-un qurucusu Çinli Jack Ma isə siyahıda  45 milyard dollar sərvətilə 21-ci yeri tutur. 

 

Facebookun qurucusu Mark Zuckerberg isə 84  milyard dollarlıq sərvətilə dünyanın ən varlı dördüncü insanı olaraq açıqlanıb. 

27.02.2020 08:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ