Çində ABŞ-dan çox milyarder yaranıb
Forbes-in hazırladığı milyarderlər siyahısının Çinli rəqibi "Hurun Qlobal Zənginlər Siyahısı - 2020" (Hurun Global Rich List) açıqlanıb.
Marja Hesabata istinadən xəbər verir ki, 31 Yanvar 2019-cu il tarixinə, son 12 ay ərzində Çində 182, ABŞ-da isə birjalar rekord qırmasımna baxmayaraq 59 dollar milyarderi yaranıb.
Çinin cəmi dollar milyarderlərinin sayı ticarət müharibəsinə baxmayaraq 799-a, ABŞ-ın isə 629-a yüksəlib.
Beləliklə, ABŞ, 799 dollar milyarderinə sahib Çinin ardından ikinci yeri tutub. Siyahıda üçüncü yeri 137 dollar milyarderinə sahib Hindistan tutur.
Çinin paytaxtı Pekin dünyada ən çox dollar milyarderinə ev sahibliyi edir (110), Nyu York 98 miyarder ilə ikinci yerdədir.
"Hurun Qlobal Varlılar Siyahısı"nın qurucusu və rəhbəri Rupert Hoogewerf, Çinin bu gün ABŞ və Hindistanın (137 milyarder) cəmindən daha çox milyarderə sahib olduğunu vurğulayıb.
3 İLDİR BİRİNCİ OLUR
Siyahıda 3 ildir birinci yeri Amazon-un qurucusu və icraçı direktoru Jeff Bezos tutur. Onun 140 milyard dollar sərvəti var.
Dünyada məşhur markaların daxil olduğu LVMH şirkətinin İcraçı direktoru Bernard Arnault 107 milyard dollarla ikinci, Microsoft-un qurucusu Bill Gates təxminən 106 milyard dollarlıq sərvətlə üçüncü yeri tutur. Məşhur alış-veriş saytı alibaba.com-un qurucusu Çinli Jack Ma isə siyahıda 45 milyard dollar sərvətilə 21-ci yeri tutur.
Facebookun qurucusu Mark Zuckerberg isə 84 milyard dollarlıq sərvətilə dünyanın ən varlı dördüncü insanı olaraq açıqlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
11 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
11 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
12 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 12 saat əvvəl