Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Biz düşünürük ki, koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq.

 

Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

 

Onun sözlərinə görə, dünya üzrə səyahətlərin azalması prosesi gedir. İnsanlar artıq hər hansı ölkədə deyil, regionda koronavirus olduqda həmin bölgəyə getməkdən çəkinirlər: "Bu vəziyyət Azərbaycana da təsir edəcək. Durum gündən-günə dəyişir. Artıq Gürcüstanda koronavirus aşkarlanıb. Bundan əvvəl isə İran, Italiya və digər ölkələrdə də aşkar edilib".

 

K.Quluzadə qeyd edib ki, ölkələr artıq sərhədlərini bağlayırlar. Buna görə də virusun turizmə təsirini rəqəmlərlə demək tezdir: "Lakin bizim krizislə bağlı ssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə korreksiyalar edirik. Bu ilin birinci yarısı üçün Çinlə ciddi layihələrimiz vardı. Onlar indi həyata keçirilmədiyi üçün səylərimizi digər bazarlara yönəldəcəyik. Bizim 2018-2023-cü illər üzrə konsepsiyamız ondan ibarət idi ki, bazarların coğrafiyasını genişləndirək, hər hansı bazarda problem yarandıqda digərləri ilə işləyək. Düşünürük ki, koronavirusun turizmə mənfi təsiri olacaq. Amma necə olacağını hadisələrin gedişatından və verilən qərarlardan görəcəyik".

 

Agentlik rəsmisinin sözlərinə görə, turizm şirkətlərinə koronavirus yayılan ölkələrə gedənləri, həm də ordan gələnləri təlimatlandırmaq tapşırılıb.

 

© Trend 

27.02.2020 08:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ