İranda koronavirusdan ölənlərin sayı 26-ya çatdı

İranın Səhiyyə Nazirliyi koronavirusla bağlı məlumat yayıb. 

 

 IRNA-ya istinadən məlumatına görə, İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə koronavirusdan ölənlərin sayının 26 nəfərə çatdığını bildirib. 

 

Onun sözlərinə görə, bu günədək 245 nəfərə koronavirus diaqnozu qoyulub. 

 

XXX  12:44

İranda koronavirusa yoluxanların və virusdan ölənlərin sayı günbəgün artır.

 

 COVID-19 koronavirusunun qurbanlarının sayı 22-yə, təsdiqlənmiş yoluxma halların sayı isə 141-ə çatıb.

 

İran mediasının yazdığına görə, İranın 31 əyalətindən 20-də koronavirusa yoluxma qeydə alınıb. Ən çox yoluxma halı Qumdadır – 63 nəfər.

 

Qeyd edək ki, daha əvvəl İran hökuməti yoluxmaqda şübhəli bilinənlər və ya infeksiyaya yoluxanların hərəkətinə məhdudiyyət qoyulacağını açıqlamışdı.

 

© Report

27 Fevral 2020 , 14:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin