Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi dəyişdi - FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.

 

Marja xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Fərmanla Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvləri sırasında daxil edilib.

 

Qeyd edək ki, hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

27 Fevral 2020 , 14:44   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin