Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyə yasda - 33 şəhid

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə yasda - 33 şəhid
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri şəhid olub.


Marja xəbər verir ki, 32 əsgərin də yaralı olduğu bildirilir. 

Reklam_3_11

 

Baş verən hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın iştirakı ilə təcili toplantı keçirilib. 

 

Qeyd edək ki, Bəşər Əsəd Rusiya və İran tərəfindən dəstəklənir. 

 

Hatay valisi Rahmi Doğan yaralı olaraq xəstəxanada müalicə olunan 32 əsgərin həyati təhlükəsinin olmadığını söyləyib.

 

Vali, bəzi əsgərlərin dağıntı altında olduğu və xilasetmə işlərinin sabah davam edəcəyi iddiaları ilə əlaqədar sualı isə "Bu an bütün əsgərlərimiz Cilvegözü Sərhəd Qapısından Türkiyəyə gətirilib. Yaralılarımız xəstəxanadadır.Hataydakı dövlət xəstəxanalarında müalicələri davam edir. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralılarımıza təcili şəfa diləyirəm. Millətimizin başı sağ olsun" şəklində cavab verib. 

 

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, Quru qüvvələri Komandiri General Ümit Dündar və Hava qüvvələri Komandiri General Hasan Küçükakyüz Suriya sərhədinə gəliblər. Onlar, İdlibdəki rejim hədəflərinə quru və hava vasitələrilə həyata keçirilən hücumu idarə edirlər.

27.02.2020 23:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ