Dövlət Neft Fondunun böyüklüyü 43 milyard dolları aşıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2019-cu il ərzində ARDNF-nin büdcə gəlirləri 19 milyard 30,6 milyon manat, büdcə xərcləri isə 11 milyard 588,6 milyon manat təşkil edib.
2019-cu il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 404,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 14 milyard 614,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 18,9 milyon manat təşkil etmişdir.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 625,9 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 19,1%-ni təşkil edir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 731,7 milyon manat təşkil etmişdir.
Ötən il ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 11 milyard 364,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat vəsait ayrılmışdır. 2019-cu il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 24,3 milyon manat təşkil etmişdir.
2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 12,48% artaraq 43 milyard 323,3 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu il ərzində müvafiq göstərici 21,5% (özəl səhmlər daxil olmaqla) təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
13 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
14 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl